1. MEDİA

Azərbaycan Texnologiya Universitetinin daha 3 tələbəsi təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin daha 3 tələbəsi təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin daha 3 tələbəsi təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin daha 3 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniya, Rumıniya və Polşa universitetlərində bir semestr müddətində təhsilini davam etdirmək imkanını əldə edib. Tələbələr 2021-2022-ci tədris ilinin yaz semestrində təhsilə həmin universitetlərdə davam edəcəklər. 

Universitetin rektoru professor Akif Süleymanov həmin tələbələrlə görüşərək onları bu uğur münasibətilə təbrik edib və öz tövsiyələrini verib. Rektor tələbələrə təhsillərində müvəffəqiyyətlər arzulayıb və bu kimi proqramlarda iştirakın əhəmiyyətindən bəhs edib. O, beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya, Slovakiya, Polşa, və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir.

Almaniya, Rumıniya və Polşada təhsil alacaq həmin tələbələrin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində Avropa Birliyi tərəfindən qarşılanır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR