Slimfit
  1. MEDİA

Bakı şəhəri Qaradağ rayonu, Çeyildağ qəsəbəsində şəhid Qədirov Şahin Bayram oğlu adına küçənin açılışı olmuşdur.

Bakı şəhəri Qaradağ rayonu, Çeyildağ qəsəbəsində şəhid Qədirov Şahin Bayram oğlu adına küçənin açılışı olmuşdur.
Sakura

Bakı şəhəri Qaradağ rayonu, Çeyildağ qəsəbəsində şəhid Qədirov Şahin Bayram oğlu adına küçənin açılışı olmuşdur.

 

Bakı şəhəri Qaradağ rayonu, Çeyildağ qəsəbəsində şəhid Qədirov Şahin Bayram oğlu adına küçənin açılışı olmuşdur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlılarının giziri olan Qədirov Şahin Bayram oğlu 1990-cı il yanvar ayının 3-də Bakı şəhəri Qaradağ rayonu,Çeyildağ qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlan övladı var.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qədirov Şahin Bayram oğlu oktyabrın 6-da Fizuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonu Sanqaçal qəsəbəsi, Sofihəmid məzarlığında dəfin olunub. 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qədirov Şahin Bayram oğlu ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunmasına görə ", "Döyüşdə fərq medalları ilə təltif edilmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. 
26.08.2022-ci il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının Qaradağ rayon İcra Hakimiyyəti aparatının vəzifəli şəxslərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin adına əbədiləşdirilmiş küçənin açılışı edilmişdir. Açılış zamanı küçənin girişində ucaldılmış xatirə lövhəsinin qarşısında çələng və gül dəstələri qoymuşlar. Daha sonra şəhidin ailəsi ilə görüş keçirilmişdir. Şəhid ailəsi onlara göstərilən diqqət və qayğı üçün, övladlarının əbədiləşdirilməsi üçün göstərilən təşəbbüslə bağlı ölkə rəhbəri Cənab Ali Baş Komandan İlham Əliyevə, birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişdir

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.