1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Elman Hüsevnov Süleyman oğlu

Elman Hüsevnov Süleyman oğlu

DOĞUM TARİXİ: 28/02/1952 VƏFAT TARİXİ: 14/01/1993

28 fevral 1952-ci ildə Tərtər rayonunun İlxıçılar kəndində dünyaya göz açmışdır. 1958-ci ildə birinci sinfə getmiş, 1968-ci ildə Qaraqoyunlu kənd orta məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1973-cü ildə həmin İnstitutun Hidromeliorasiya fakültəsini bitirir və zabit kimi Gürcüstanda hərbi xidmətə göndərilir. 1975-ci ildə ordudan tərxis olunur və doğma rayonunda müxtəlif vəzifələrdə çalışır.

1988-ci ildə Qarabağda və eləcə də digər sərhəd rayonlarında elan olunmamış müharibə getdikcə daha da alovlanırdı. Azğınlaşmış erməni quldurları torpaqlarımızı zəbt etmək məqsədi ilə irimiqyaslı hücumlar təşkil edirdilər. Sərhəd bölgəsində yerləşdiyindən Tərtər rayonu da tez-tez hücumlara məruz qalırdı. 1991-ci il... Sentyabrın 22-i... O, Tərtər rayonunda könüllülərdən ibarət ərazi özünümüdafiə qərargahı yaradır və özü də onun rəisi olur. Elman  Hüseynov  12 noyabr 1991-ci ildə “Tərtər” batalyonuna komandir təyin edilir. O, bir komandir kimi “Tərtər” özünümüdafiə batalyonunun siyasi oyunlardan uzaq olmasını, bu oyunlarda iştirak etməməsini və yalnız doğma torpaqlanmızı azğın düşməndən azad elməsini qarşısına məqsəd qoymuşdu. “Tərtər” batalyonunun döyüşçüləri vuruşduqları hər yerdə özünəməxsus iz qoyurdu. Ağdərə, Seysulan, Yarımca, Çaylı, Marquşevan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Sərsəng su anbarı, Kasapet, Drambon, Mağavuz, Çıldıran... Bu yaşayış məntəqələrinin erməni işğalçılarından  təmizlənməsi uğrunda o, rəşadətlə vuruşmuşdur. Bu döyüşlərdə onlarla erməni yaraqlısı məhv edilmiş, xeyli silah-sursat qənimət götürülmüşdü. Batalyon komandiri döyüşlərdə neçə dəfə yaralansa da, silahdan, səngərdən ayrılmamışdı. 14 yanvar 1993-cü il... Cəsur komandir Vəng kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Evli idi. Bir oğlu, iki qızı yadigar qalıb.

 Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə mayor Hüseynov Elman Süleyman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilmişdir. Tərtər şəhərindəki küçələrdən biri onun adını daşıyır. Tərtər şəhərində büstü qoyulub.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR