1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Elşad Əhədov Sayad oğlu

Elşad Əhədov Sayad oğlu

DOĞUM TARİXİ: 04/03/1968 VƏFAT TARİXİ: 11/12/1993

4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açmışdır. 1975-ci ildə burada birinci sinifə getmiş, 1982-ci ildə yeddinci sinifi bitirib, C.Naxçıvanski adına Hərbi litseyə daxil olmuşdur. Elşad litseyi müvəffəqiyyətlə bitirir. Sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbi...

1989-cu ildə baş leytenant rütbəsi alır və təyinatla Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilir. Gənc zabit bir müddətdən sonra doğma Vətənə dönür. Əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir.

O, erməni işğalçılarının Azərbaycan torpaqlarına  hücumundan hiddətə gəlmişdi. Bir komandir kimi qazandığı hərbi təcrübəni öz xalqının bu təcavüzdən qorunmasına sərf etmək istəyirdi. O, döyüş bölgəsinə üz tutur. Gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayır və sonra bu yol Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya keçir. Elşad Əhədov Beyləqanın müdafiəsində böyük rəşadət göstərir. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv edilir. Son döyüşü 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyi uğrunda olur. Onun rotası hücuma keçir. Sayca iki dəfə çox olan erməni quldurları hücumun qarşısını almaq üçün güclü sədd yaradırlar. Qeyri-bərabər döyüşdə o, ağır yaralanır. Həkimlərin cidd-cəhdinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur... 11 dekabr 1993-cü ildə o, gözlərini əbədi yumur.

 Ailəli idi. İki uşağı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Təzə Alvadı kəndində dəfn edilmişdir.

Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR