1. SİYASƏT

Ərdoğan: “Əvvəllər söz verdiklərimizi bu gün yerinə yetirdik”

Ərdoğan: “Əvvəllər söz verdiklərimizi bu gün yerinə yetirdik”

Ərdoğan: “Əvvəllər söz verdiklərimizi bu gün yerinə yetirdik”

“Bu gün fərqli bir həyəcanın və hisslərin içərisindəyik. Allaha həmd olsun ki, daha əvvəllər söz verdiklərimizi bu gün yerinə yetirdik. Şükürlər olsun ki, 44 günlük müharibədən sonra Qarabağ öz sahiblərinə qayıtdı, erməni işğalından azad olundu”. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bunu Şuşada səfərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

O bildirib ki, arxa fonda görülən bina erməni vandalizminin təzahürüdür. 

“Qardaşım Prezident İlham Əliyev mətbuat konfransında mənalı bir məkanı seçdi. Bir tərəfdə valilik binası, digər tərəfdə isə ermənilərin yerlə yeksan etmək istədikləri bir bina”, - deyə R.T.Ərdoğan əlavə edib. 

R.T.Ərdoğan Milli Qurtuluş Günü münasibətilə mərhum prezident Heydər Əliyevin ruhuna fatihə verib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR