Slimfit
  1. MEDİA

Gəncədə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı iclas keçirilib

Gəncədə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı iclas keçirilib
Sakura

Gəncədə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı iclas keçirilib

Gəncədə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı iclas keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətində Niyazi Bayramovun iştirakı ilə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı göstərilən xidmət səviyyəsinin keyfiyyətinin artırılması ilə bağlı iclas keçirilib. İclasda Kəpəz və Nizami İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev, bələdiyyə, Ağsaqqallar, Vetealnar və  İctimai şuraların sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsi ilə 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı bu tarixi zəfəri igid övladlarının qanı, canı bahasına qazandı. Şəhər rəhbəri diqqətə çatdırıb ki, Gəncə şəhəri həm I Qarabağ müharibəsi, həm Vətən müharibəsi, həm də Ermənistan silahlı qüvvələrinin son günlərdə Azərbaycan-Ermənistan dövlət sərhəddində törətdikləri təxribat nəticəsində Gəncə şəhəri də şəhidlər verib. 

Niyazi Bayramov qeyd edib ki, bu gün dövlətimiz tərəfindən şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə şəhərində bu kateqoriyadan olan şəxslərə xüsusi həssaslıqla yanaşılır. Gəncə Şəhər İcra Hakimiyyətində mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onları narahat edən məsələlərin vaxtında və qanun çərçivəsində həll edilməsi ilə bağlı əməli addımlar atılır. 

Şəhər rəhbəri bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb ki, yerli qurumlara müraciət edən şəhid ailələri, müharibə iştirakçıları və əlilləri dərhal qəbul edilməli, qaldırdıqları məsələlər operativ qaydada araşdırılaraq, qanunamüvafiq tədbir görülməlidir. 

İclasda çıxış edən idarə, müəssisə və təşkilat rəhbərləri həssas kateqoriyadan olan şəxslərlə keçirilən görüşlər və onların müraciətlərinin həlli ilə bağlı görülən işlər barədə ətraflı məlumat veriblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.