1. AZƏRBAYCANLI

Gəncəli alpinist Elbrus dağını fəth etmək üçün yola düşüb

Gəncəli alpinist Elbrus dağını fəth etmək üçün yola düşüb
masin.az

Gəncəli alpinist Elbrus dağını fəth etmək üçün yola düşüb

Bu gün Azərbaycanın iki alpinisti Qafqazda, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının sərhəddində yerləşən Elbrus dağının zirvəsini fəht etmək üçün yola düşüb. Onlardan biri gəncəli alpinist Ramil Lətifoğlu, digəri isə 10 ilə yaxındır alpinizmlə məşğul olan Qərib Tağızadədir.

Alpinistlərimizə zirvə sevinci və sağ-salamat evlərinə dönmələrini arzulayırıq.

Məlumat üçün bildirək ki, Böyük Qafqaz sıra dağlarının şimalında yerləşən və 5642 metr yüksəkliyə malik olan Elbrus Avropanın ən yüksək dağ zirvəsi hesab edilir.

Xatırladaq ki, gənc alpinistlər ötən ilin avqust ayında reallaşan “Daim başını uca tut, Vətən!” layihəsi ilə yaddaşlarda qalıblar. Belə ki, Tovuz şəhidlərinin xatirəsinə həsr olunan layihə zamanı onların iştirakı ilə Bazaryurd zirvəsinə yürüş təşkil edilmiş, Azərbaycanın üç rəngli dövlət bayrağı 4126 metr yüksəklikdə dalğalandırılmışdı.

 

Mənbə: azrnews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

masin.az

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR