1. MEDİA

İdeyanızı reallaşdırmaq üçün imkanlardan faydalanın

İdeyanızı reallaşdırmaq üçün imkanlardan faydalanın

İdeyanızı reallaşdırmaq üçün imkanlardan faydalanın

“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə keçirilən “Yeni Nəsil 2.0” (New Generation 2.0) gənc sahibkarlara dəstək layihəsinin birinci mərhələsi olan “Başla” mərhələsi yekunlaşıb. “Yeni Nəsil 2.0” layihəsinin məqsədi Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaratmaq və biznesə öz dəstəyini verməkdir. Layihə 5 mərhələdən - “Başla”, “Komandanı yarat”, “Sürət”, “Yüksəliş”, “Hədəfə çat” mərhələlərindən ibarətdir. Artıq layihəyə ilkin mərhələdə 3600-dən artıq gənc müraciət edib və müraciətlərin ümumi gender nisbətini 52,3% qadınlar, 47,7% kişilər təşkil edir. 28 yanvar 2021-ci il tarixində açılış mərasimin baş tutduğu layihənin 22 fevral – 16 aprel tarixlərində Bakı və Gəncə şəhərlərində, eləcə də Abşeron, Qobustan, Şəki, Lənkəran və Sabirabad rayonlarında canlı və onlayn təqdimatları keçirilib. Baş tutan görüşlərin məqsədi layihə haqqında məlumatlılğın artırılması və layihə çərçivəsində sıx əməkdaşlığın yaradılması ilə yanaşı, gənclərin yaxından cəlb edilməsi olub. Bu müddət ərzində 8 fərqli mövzuda 8 fərqli ekspertin çıxışı ilə silsiləvi onlayn vebinarlar keçirilib. Sözügedən vebinarlar “HoReCa” (Otel, restoran, kafe), “Sahibkar düşüncə tərzi”, “Biznesimə necə başlayım?”, “Qadın sahibkarlığı”, “İnnovasiya”, “Kənd təsərrüfatı”, “Sosial sahibkarlıq, “İdeyamı necə tapım?” mövzularını əhatə edib. İnteraktiv formada keçən vebinarlar zamanı ekspertlər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər. Layihənin ikinci mərhələsi olan “Komandanı Yarat” mərhələsi start götürüb. Burada iştirakçılar üçün biznes ideyalarını və komandalarını formalaşdırmaq məqsədilə müxtəlif vebinarlar, onlayn sessiyalar və netvörkinq məqsədilə görüşlər keçiriləcək. Həmçinin biznes ideyası olan komandalar da bu mərhələdən layihəyə qoşula biləcəklər. “Komandanı yarat” mərhələsinə qoşulmaq və investisiya əldə edə bilmək üçün: https://cutt.ly/QvRvQUG Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Coca-Cola" Fondu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilir. Növbəti mərhələlərdən xəbərdar olmaq üçün “Youth Inc.” Sahibkarlıq Proqramının sosial şəbəkə səhifələrini izləyə bilərsiniz.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

"Youth Inc." Sahibkarlıq Proqramım

 

Əlaqə: (+994) 507782382
pr@youthinc.az | www.youthinc.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR