1. TİBB VƏ SAĞLAMLIQ

Körpücük sümüyünün sınıqları

Körpücük sümüyünün sınıqları

Körpücük sümüyünün sınıqları

Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir.

Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir.

Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2.6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13-20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2.8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir.

Əlamətləri

Körpücük sümüyünün sınıqlarında əmələ gələn əlamətlər bunlardır:

  • ağrı;
  • şişkinlik;
  • körpücük sümüyünün deformasiyası;
  • hərəkətlərin məhdudlaşması və ağrılı olması;
  • əlin çiyindən yuxarı qalxmaması;

İlk tibbi yardım

Qoltuqaltı nahiyəyə 5-7 sm ölçüsündə parça yastıqca qoyulur. Sonra enli bint ilə əli, dirsək oynağı ilə birlikdə, bədənə kip bintləyirlər. Bint yerinə hər hansı parçanı istifadə edərək düyünü əks tərəfdə düyünləmək lazımdır. Daha etibarlı fiksasiya yumşaq səkkizvari sarğıların, yaxud arxada bağlanan halqaların köməyi ilə əldə edilir.

Müalicə

Körpücüyün proksimal 1/3 hissəsinin sınıqlarında ortopedik cərrahın cəlb edilməsi mütləqdir, belə ki, bu tip zədələnmələrdə yanaşı ciddi zədələrin baş verməsi ehtimalı yüksək olur. Açıq sınıqların təcili olaraq cərrahi bərpası təmin edilməlidir. Eyni zamanda, torakal (döş qəfəsi daxili) və ya neyrovaskulyar zədələnmənin olması şübhə altındadırsa, sınığın cərrahi bərpası təmin edilməlidir. Körpücüyün stress səbəbindən baş vermiş yərdəyişməsiz sınıqlarının müalicəsi konservativ yolla aparılır. Bu məqsədlə buz, analgetiklər və çiyindən asma sarğı istifadə edilə blər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR