1. MEDİA

Mərkəzi Elmi Kitabxanada tammətnli elektron bazaların sayı artırılır

Mərkəzi Elmi Kitabxanada tammətnli elektron bazaların sayı artırılır
masin.az

Mərkəzi Elmi Kitabxanada tammətnli elektron bazaların sayı artırılır

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası beynəlxalq əməkdaşlıq çərçivəsində Yaponiyanın Riyaziyyat Cəmiyyəti ilə əlaqələri intensiv olaraq inkişaf etdirməkdədir. Sözügedən təşkilatla qarşılıqlı mübadilə nəticəsində hər iki qurumun profilinə uyğun kitab mübadiləsi aparılaraq fondları elmi ədəbiyyatlarla zənginləşdirilir. Nəticədə riyaziyyat sahəsi üzrə elmi tədqiqat işləri aparan alimlər, mütəxəssislər bu nəşrlərdən öz elmi əsərlərində yararlanmaq imkanı əldə edirlər. Hazırda MEK tərəfindən əldə edilən Yaponiyanın Riyaziyyat Cəmiyyətinə məxsus aşağıdakı elmi jurnalların yapon və ingilis dillərində tammətnli elektron bazalarında əlçatanlıq imkanı yaranıb. Hər bir nəşr özlüyündə orta hesabla 2000-ci ildən 2021-ci ilə qədər olan nömrələri cəmləyib. Bəzi nəşrlərin 1930, 1960, 1970-ci illərə aid arxiv nömrələri də yer alıb.

1.      Journal of the Mathematical Society of Japan

2.      JJM at Springer

a.       JJM (New Series, 2nd Series) at J-STAGE

b.      JJM (1st Series) at J-STAGE

3.      MSJ Memoirs at Project Euclid

4.      "Sugaku" at J-STAGE

5.      Proceedings of the Japan Academy, Series A, Mathematical Sciences

6.      Hokkaido Mathematical Journal

7.      Tohoku Mathematical Journal

8.      Kodai Mathematical Journal

9.      Kokyuroku, RIMS, Kyoto University

10.    Osaka Journal of Mathematics

11.    OKA KIYOSHI Collection at Nara Women's University Library

12.    Mathematical Journal of Okayama University

13.    Hiroshima Mathematical Journal

İstifadəçilər zaman və məkandan asılı olmayaraq, sözügedən elektron elmi jurnalların tammətnindən istifadə edərək öz araşdırmalarını davam etdirə bilərlər.

Qeyd edək ki, elektron bazadan tammətnləri yükləmək, Google Scholar veb ilə məqalələrinə hansı mənbələrdən istinad edildiyini yoxlamaq, həmçinin, zaman, qrafik və bir neçə istinad metriklərini hesablamaq mümkündür.

Elektron nəşrlərin tammətnindən istifadəçilər MEK-in saytında (http://mek.az/)  E-kitabxana bölməsinin E-beynəlxalq resurslar altbölməsinə keçid edərək yararlana bilərlər.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

masin.az

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR