1. HƏRB

"Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb" - AÇIQLAMA

"Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb" - AÇIQLAMA

"Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb" - AÇIQLAMA

“Artıq demək olar ki, döyüşlərin axırıncı fazasıdır. Hesab edirəm ki, yaxın günlərdə döyüşlər bitəcək və qələbə bizim olacaq”.

Ens.az xəbər verir ki, bu sözləri Redaktor.az-a hərbi ekspert Əbuzər Əbilov Qarabağın azadlığı uğurunda gedən döyüşlərin hazırki vəziyyəti ilə bağlı danışarkən deyib. O, ordumuzun hər gün yeni əraziləri işğaldan azad etdiyini bildirib:

“Hər azad olunan ərazi strateji üstünlükdür. Əldə olunan üstünlük sayəsində düşmən böyük itkilər verməyə məruz qalır və ordumuz Qarabağın daha da dərinliyinə doğru irəliləyir. Bunu düşmən tərəfi də etiraf edir. Belə ki, dünən qondarma rejimin "rəhbəri" Araik Arutyunyan öz xalqına vida müraciəti edib. Bu da onu göstərir ki, hazırda Azərbaycan Ordusu Şuşa və Laçın istiqamətində hər şeyi öz nəzarətinə götürüb və düşməni mühasirəyə alıb. Düşmən artıq çıxılmaz və çarəsiz vəziyyətə düşüb. Yaxın günlərdə müharibə qələbə ilə yekunlaşacaq və 30 illik həsrətə son qoyulacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR