1. MEDİA

"Pressinq.Az" adlı yeni xəbər portalı fəaliyyətə başlayır

"Pressinq.Az" adlı yeni xəbər portalı fəaliyyətə başlayır

"Pressinq.Az" adlı yeni xəbər portalı fəaliyyətə başlayır

Yaxın günlərdə Azərbaycanın media məkanına "Pressinq.az" adlı yeni ictimai-siyasi, informasiya-xəbər portalı daxil olacaq. Əsasən Azərbaycanda və dünyada baş verən ən aktual olayları və ictimai əhəmiyyətli xəbərləri oxuculara çatdırmağı hədəfləyən müstəqil internet media resursunun qurucusu və rəhbəri jurnalist Osman Nərimanoğludur. Adıçəkilən media adamı eyni zamanda "Demokratik.Az" xəbər saytına ("Demokratik Dövlət") da rəhbərlik edir.

"Yeni sayt üçün fərqli layihələr düşünmüşəm. "Pressinq.az" saytının oxucuları tərəfindən seviləcəyinə, virtual məkanımızda fəaliyyət göstərən çoxsaylı xəbər portalları arasında özünə öncül yerlərdən birini tutacağına inanıram. Bu saytı tezliklə hər kəsin saytı etməyi düşünürəm." - deyə sayt rəhbəri qısaca açıqlama verib.

Saytın loqosu yumruq seçilib. "İşdə birlik-sözdə yumruq!" devizi ilə yola çıxan xəbər portalının ictimai nəzarət missiyası ölkə başçısı cənab İlham Əliyevin çağırışlarına səs vermək, ölkədə mövcud olan korrupsiya və özbaşınalıqlardan qurtuluş yolları axtarmaq, neqativləri ifşa etmək, fəaliyyətini KİV-in və digər mövcud qanunvericiliyin tələbləri çərçivəsində qurmaqdır. Sayt oxucularını operativ və obyektiv xəbərlə təmin etmək prinsipini əsas götürəcək.

Eləcə də çeşidli kateqoriyalar üzrə xəbərləşmə, açqlama və rəylər, müsahibələr, press-relizlər əsas götürülməklə yaxın gələcəkdə saytın bir neçə dildə fəaliyyətinin təminatı da hədəf kimi seçilib.

"Pressinq.az" saytı Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatları, sosial qrupları, dövlət qurumlarını və müstəqil fikirli jurnalistləri əməkdaşlığa dəvət edir!

Ens.az tərəfdaş saytın gələcək fəaliyyətində uğurlar diləyir...   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR