1. BİOQRAFİYA

Rəbiqə Nazimqızı

Rəbiqə Nazimqızı

Azərbaycanlı şair, tərcüməçi, esseist.

Həyatı

Rəbiqə Nazimqızı 1979-cu il noyabrın 5-də Bakı şəhərində anadan olub. 1995-ci ildə 263 saylı Bakı şəhər tam orta məktəbindən məzun olub.

Təhsili

1995–1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 2006–2008-ci illərdə həmin fakültənin magistratura pilləsini ədəbiyyat ixtisası üzə bitirib.

Fəaliyyəti

1998-ci ildən qəzet, jurnal, sayt və onlayn televiziyalarda müxbir, tərcüməçi və redaktor kimi çalışıb. 2006-cı ildən etibarən Rəbiqə Nazimqızı imzası ilə şeirlər yazmağa başlayıb. Hazırda Azərbaycan Dövlət Tərcümə Mərkəzində dil mütəxxəsisi vəzifəsində fəaliyyət göstərir.

Şeir kitabları

2008-ci ildə "Sənə qədər" adlı şeirlər kitabı çap olunub.

2013-cü ildə "Yazıçı" nəşriyyatında "Epizodik sevgilər" adlı şeirlər kitabı çapdan çıxıb.

2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzində "Çətirlərin qiyamı" adlı kitabı nəşr olunub.

Tərcümələri

2014-cü ildə onun tərcüməsində "Rixard Vaqner. Mənim həyatım" memuarı (Qismət Rüstəmovla birlikdə);

2015-ci ildə "ATV Kitab" layihəsi çərçivəsində Avqust Strindberqin "Tənha" romanı onun tərcüməsində "Parlaq İmzalar" nəşriyyatında nəşr olunub.

Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamına əsasən, çap olunan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" (DƏK) seriyasından Romen Rollanın "Seçilmiş əsərləri" (2016) və Elias Kanettinin "Korlaşma" əsəri (2018) onun tərcüməsində işıq üzü görüb.

Müsahibələri

  • Rəqibə Nazimqızı — "Ədəbiyyata yeni nəsil gəlir"
  • Rəqibə Nazimqızı — "Yaradıcı adamda onsuz da həmişə hər şey qaydasında olmur"
  • Rəqibə Nazimqızı — "Azadlığımı qurban verəcəyim adam yoxdur"
  • Rəqibə Nazimqızı — "Məhəbbət mənim üçün ədəbi oyunlardan ibarətdir"
  • Rəbiqə Nazimqızı — "Həmid Herisçiyə vurulmuşdum"
  • Rəbiqə Nazimqızı — "Şeiri "zəif" edən nədir?"
  • Rəbiqə Nazimqızı -"Bioqrafiyasını oxumasam, yatsam, yuxuma da girməzdi ki…"

Haqqında yazılanlar

Tofiq Abdin — "Şair Qulu Ağsəsə minnətdarlıqla"

Cavanşir Yusifli — "Sənə qədər və səndən sonra yağan yağış"

Vaqif Yusifli — "Təzə səslər, nəfəslər"

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR