Slimfit
  1. SİYASƏT

Rəcəb Tayyib Ərdoğan Laçının Azərbaycanın nəzarətinə keçməsi münasibətilə İlham Əliyevi təbrik edib

Rəcəb Tayyib Ərdoğan Laçının Azərbaycanın nəzarətinə keçməsi münasibətilə İlham Əliyevi təbrik edib
Sakura

Rəcəb Tayyib Ərdoğan Laçının Azərbaycanın nəzarətinə keçməsi münasibətilə İlham Əliyevi təbrik edib

Avqustun 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə AZƏRTAC xəbər verir. 

Bildirilib ki, Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlətimizin başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırıb.

Dövlətimizin başçısı öz növbəsində öz adından və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına təbriklərə görə təşəkkürünü bildirib.

Söhbət zamanı dostluq və müttəfiqlik əlaqələrimizin müxtəlif aspektləri müzakirə olunub, yeni təmaslar haqqında fikir mübadiləsi aparılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.