1. MEDİA

SDU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş onlayn formatda elmi-praktik konfrans keçirildi

SDU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş onlayn formatda elmi-praktik konfrans keçirildi

SDU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş onlayn formatda elmi-praktik konfrans keçirildi

Mayın 6 - da Sumqayıt Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusudur” adlı onlayn formatda elmi-praktik  konfrans keçirildi.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı universitetin rektoru professor Elxan Hüseynov açaraq tədbir iştirakçılarını salamladı və Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Azərbaycanın inkişafının təməl prinsiplərinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən rektor vurğuladı  ki, istər müstəqillik dövründə, istərsə də Sovet hakimiyyəti illərində Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada inkişaf etmiş, təhlükəsiz və etibarlı tərəfdaş dövlət kimi tanınır, dəstəklənir.

Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusudur” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ölkəmizdə hər il olduğu kimi böyük ehtiramla qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri əvəzolunmazdır.

Professor Şirxan Səlimov Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq əlavə etdi ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ümummilli Lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.

Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri, professor  Cavanşir Məmmədov “Heydər Əliyev və Dünya azərbaycanlıları”, Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi Leyla Meybullayeva “Zərifə Əliyeva Azərbaycan xalqının qəlbində daimi yaşayan əbədi varlıqdır”, Mühəndislik fakültəsinin I kurs magistrantı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Tayfun Hacılı  “Gənclərin vətənpərvərlik tərbiyəsi Heydər Əliyev və İlham Əliyev məktəbindən qaynaqlanır”, Filologiya fakültəsinin II kurs tələbəsi Lətifə Əhmədova  “Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında rolu” mövzularında çıxış etdilər. Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışdılar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR