1. HƏRB

Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri

Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri

Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri

2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının gələcəyi üçün bir sıra iddialar ortaya qoydu: hərbi kampaniyalarda müharibənin şəhər xarakteri barədə açıq xatırlatmalar təklif edilməsi bu müzakirələrdən tamamilə kənarda qalan bir məqamdır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bu haqda ABŞ Hərbi Akademiyasının Müasir Müharibə İnstitunun təhlilində bildirilir.

Con Spenser və Harşana Qurhunun müəllifləri olduqları yazını təqdim edirik:

"1988-1994 və 2014 illərdə Azərbaycan və Ermənistan arasında müasir dövrdə bölgədə bir neçə böyük döyüş əməliyyatları baş verib, mübahisəli bölgədəki vəziyyət dondurulmuş münaqişə adlandırılıb. 2020-ci ilin sentyabrında Azərbaycan Dağlıq Qarabağa hücum edəndə dünya diqqətlə izlədi.

Müharibə ilə bağlı hesabat və təhlillərin əksəriyyəti Azərbaycan Ordusunun texnoloji üstünlüyü üzərində qurulmuşdur. Bəzi şərhçilər iddia etdi ki, Azərbaycan Erməni qüvvələrini parçalamaq üçün bir sıra qabaqcıl texnologiya və taktikalardan (məsələn, Türk Bayraktar TB2 orta hündürlüyündə, uzun müddət davamlı pilotsuz uçuş apararları, İsrailin “Harop loitering” sursatı, bu, həmçinin kamikadze dronu adlanır) istifadə etmişdir. Bu, silahlı qüvvələrin döyüş xarakterindəki dəyişikliyi nümayış etdirir, zirehli və statik hərbiçilərin aktuallığının sona çatdığını göstərir və ya, müharibənin gələcəyinə dair ən yaxşı ip ucu verir.

Dağlıq Qarabağ müharibəsi şəhər döyüşlərinin müasir döyüşün əsas hissəsi kimi qaldığını göstərən dərsdir. Dağlıq Qarabağ müharibəsinin ən vacib döyüşü Şuşa şəhərində baş verdi. Şuşa azad olundugdan sonra Ermənistan təslim oldu və işğal etdikləri ərazilərdən imtina edərək laqeyd müqavilə bağladı.

Zirvədəki şəhər

Şuşa şəhəri və ətrafdakı on kənddən ibarət olan böyük Şuşa bölgəsi Dağlıq Qarabağın mərkəzində yerləşir. Şəhər əsrlər boyu Azərbaycan və Ermənistan döyüşlərinin mərkəzində olmuşdur. Şəhər hər iki ölkə üçün mədəni əhəmiyyət daşıyır.

Tez-tez “Azərbaycan mədəniyyətinin beşiyi” kimi xarakterizə edilən Şuşa Azərbaycan ziyalılarının, şairlərinın və yazıçılarının Vətənidir. Şuşa məscid və məqbərələr kimi bir çox mühüm mədəni abidələrə malikdir. Bir qala şəhəri olan Şuşada həmçinin bir sıra erməni dini abidələri (Gazançetsots kafedral sarayı, Kanaç Zam kilsəsi və s.) vardır.

Şuşa 1992-ci ildə Ermənistan tərəfindən işğal olundu. O zaman ərazidə 23 mindən çox azərbaycanlının yaşadığı təxmin edildi. Döyüş zamanı və sonra şəhərin çox hissəsi dağıdıldı və Azərbaycan əhalisinin çoxu öldürüldü, qovuldu və ya didərgin salındı. 2020-ci ildə müharibənin başlanğıcında şəhər əhalisinin təxminən 5 min etnik ermənilərdən ibarət olduğu bildirildi.

Şuşa bölgədəki digər şəhər və rayonların zirvəsində dayanır. Gözəl görünüşü və dağlıq ərazisi işğal olunmuş bütün rayonun nəzarət altında saxlanılması üçün strateji üstünlük verir. Şəhər, həmçinin nəhəng təbii qaladır. Üç tərəfdən, şəhərin kənarlarından hündür qayalar ucalır və şəhərin qərb kənarı boyu şimaldan cənuba yalnız böyük bir yol keçir. Mübahisəli ərazidəki ən böyük şəhər olan Xankəndi (Stepanakert) bu dolama yolu boyunca on beş kilometr şimaldadır, lakın iki şəhər arasındakı düz xətt məsafəsi cəmi bir neçə kilometrdir və Şuşanın Stepanakertdən bir neçə yüz metr yüksəklikdə yerləşmə üstünlüyü vardır.

Şəhərin yerləşməsi yalnız bölgənin ən böyük şəhəri deyil, həmçinin Ermənistanın dəstəklədiyi və özünün müstəqil dövlət kimi elan edən Artsax respublikasının paytaxtı Stepanakert (Xankəndi – red.) üçün ideal bir müdafiə zonasıdır və dağ keçidi olan Laçın dəhlizi boyunca kritik müdafiə qovşağını təmin edir. Bu yol Ermənistandan Dağlıq Qarabağa gedən yoldur. 2020-ci il münaqişə zamanı həm Azərbaycan, həm də Ermənistan üçün mübahisəsiz mədəni əhəmiyyətini və əsas coğrafi üstünlüyünü nəzərə alsaq, Şuşaya nəzarət etmək hər iki tərəfin ən əsas məqsədi idi.

1992-ci ildə şəhərin alınması

Şuşa son dəfə 1992-ci ildə işğal olunanda erməni qüvvələri onu müdafiə edən azərbaycanlıları ələ keçirdi. 1988-1994-cü illərdə Birinci Dağlıq Qarabağ Müharibəsi zamanı bölgədə döyüşlər davam edirdi. Şuşanı ələ keçirmək missiyasının başlıca səbəblərindən biri Azərbaycan silahlı qüvvələrinin Stepanakerti ağır artilleriya atəşinə tutması və Şuşa bölgəsindən qurudan hücum etmək üçün hərəkət etməsi idi. Ermənilərin Şuşanı ələ keçirmək əməliyyatı 1992-ci ilin aprelində Azərbaycanın müdafiə mövqelərini və şəhər istehkamlarını hədəf alan bir neçə həftəlik top atəşi ilə başladı. Bundan sonra Şuşa müdafiəçilərini istehkamlarından çıxarmaq və şəhərin ümumi müdafiəsinin gücünü azaltmaq üçün ətraf kəndlərə çoxsaylı kiçik hücumlar olundu. Nəhayət, ermənilər şəhərdə qalan yüzlərlə müdafiəçini təcrid etdilər. Tam hücumlara məruz qaldıqlarını anlandıqda, Azərbaycan silahlı birləşmələri iki tərəfin qüvvələri bir-birinə çox yaxın olduğundan hücumçularını dəf etmək üçün toplardan istifadə edə bilmədilər.

Mayın 8-də başlayan müvəffəqiyyətli hücumda onlarla zirehli texnika, tank və helikopterlə dəstəklənən təxminən min əsgər iştirak edirdi. Ağır küçə döyüşlərinə baxmayaraq, şəhər 24 saat ərzində süqut etdi.

 

2020-ci ildə şəhərin alınması

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri tanklardan da istifadə edərək təmas xəttində hücumlara başladılar. Erkən döyüşlər, xüsusən qabaqcıl pilotsuz uçuş aparatları və uzunmənzilli döyüş vasitələrindən istifadə edən Azərbaycan hərbi üstünlüyünü açıq şəkildə nümayiş etdirdi.

2020-ci ilin oktyabrında Dağlıq Qarabağın cənubunda, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan Quru qoşunları qərbə doğru irəliləməyə başladı. Oktyabr ayının ortalarında, Azərbaycan qüvvələri Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə doğru irəlilədikdə, ermənilərin nəzarətində olan Hadrutu ələ keçirdi.

Oktyabrın 22-dək Azərbaycan Laçın şəhəri və həyati əhəmiyyətli dəhlizə 6 mil (8 km – red.) məsafəyə qədər yaxınlaşdı. Dəhlizin itkisi Ermənistanın Dağlıq Qarabağdakı qüvvələrinin təminatını kəsmiş olardı.

Oktyabrın 28-30-da Şuşanı təcrid etmək və şəhərin müdafiəsini pozmaq üçün 400 nəfərlik Azərbaycan xüsusi təyinatlı dəstəsi meşələr və yarğanlar arasında sərt mühafizə olunan Laçın dəhlizindən və ətraf kəndlərdən keçdilər və mövqe tutdular. Məlumata görə, onlar şəhərə bir çox istiqamətdən daxil olublar və fərqli hədəflərə yaxınlaşmaq üçün 100 nəfərlik qruplara bölünüblər.

Ermənilər Azərbaycan qüvvələrinin əsas yollardan hücum edəcəklərini gözləyirdilər. Lakın Azərbaycan əsgərlərinin çoxu atəş dəstəyi olmadan ermənilərin qorumadığı dik qayalıqlara dırmaşdılar. Qaranlıq, davam edən Laçın hücumları və müdafiəçilərin uğursuz xəyalları Azərbaycan xüsusi təyinatlı qüvvələrinin görünməz meşələr və dağlıq ərazilərlə Şuşa müdafiəsini qırmaq üçün qərarlı hərəkət etmələrini təmin etdi.

30 oktyabrda Şuşadan cəmi 5 kilometr şərqdə hərbi toqquşma olduğu bildirildi. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə məruz qalmışdır və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Stepanakert şəhərinə qaçmalarına səbəb olmuşdur. Müharibənin bu mərhələsində müdafiə olunan erməni qüvvələri hələ də Şuşanı əhatə edən dağlara nəzarət etdikləri üçün taktiki üstünlüyə sahib idilər. Azərbaycan qüvvələri şəhərə gedən dərələrdə pusquya düşdülər, ağır itkilərə məruz qaldılar və şəhərə quru yolu ilə yaşınlaşmağa çalışarkən tez-tez artilleriya, raket zərbələrinə məruz qaldılar.

Noyabrın 4-də Azərbaycan yüngül piyadalarının Şuşanın cənub qayalarındakı Daşaltı kəndi yaxınlığında olan yol uğrunda döyüşdükləri barədə xəbərlər gəldi. Həmin günə qədər Azərbaycan qüvvələri Şuşanın cənubundakı dağ silsiləsini və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrini də azad etmişdilər.

Noyabrın 5-də axşam saatlarında Azərbaycan xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməniləri təcrid etdilər. Bu, Həkəri çayı üzərindəki açar körpünün dağıdılması ilə birlikdə, şəhərin ən azı üç əsas istiqamətdən açıq şəkildə mühasirəyə alındığı üçün Şuşaya az miqdarda yardım gələcəyi demək idi. Bölgədəki nəzarəti itirdiyini görən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki nəqliyyat vasitələri üçün bağladı - 80 müxbir döyüş bölgəsində qaldı.

Noyabrın 6-da Azərbaycan qoşunları şəhərin kənarına çatdı. Səhər tezdən Şuşanın müdafiəsinin təşkilinə cavabdeh olan hərbi komandir təyin edilmiş Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Arqişti Kyaramyanın şəhəri tərk etməsi barədə xəbərlər yayıldı. Kyaramyanın gedişi barədə xəbərlər yayılandan az sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Şəhərə daxil olduqdan sonra, müdafiə edən ermənilərin gücləndirilməsinin və ya təchiz edilməsinin qarşısını almaq üçün şəhərin ətrafında əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Digər əsgərlər də uğurla Şuşanın cənubundakı kənd olan Daşaltını tutdular və dərhal Şuşaya gedən əsas yola çıxışı təmin etdilər.

Azərbaycan qüvvələri şəhərə girməyə başladıqda, müdafiə olunan erməniləri yaxın məsafədən ağır küçə döyüşlərinə cəlb etdilər. Şəhərin içindəki erməni qüvvələrinin zirehli texnika və ağır toplarla birlikdə iki mindən çox əsgərdən ibarət olduğu bildirilirdi. Azərbaycan qüvvələri portativ tank əleyhinə idarə olunan raketlərdən istifadə edərək bir neçə tankı və piyadaların döyüş maşınlarını sıradan çıxardılar.

Noyabrın 7-də ərazini dumanlı hava bürüdü. Bu, Azərbaycan qüvvələrinin müharibə boyu onlara üstünlük qazandıran havadan müşahidə və zərbə qurğularının istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, “BayraktarTB2” pilotsuz uçan aparatlarının istifadəsinə mane oldu və Ermənistan silahlı qüvvələrinin zirehli maşınlardan – “T-72” tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından şəhər içərisindəki əks hücumlarda maksimum istifadəsini təmin etdi.

Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və üç erməni əks hücumunu dəf etdikdən sonra hücumda geri çəkildilər, Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüş sonda binadan binaya yaxın döyüşə çevrildi.

Noyabrın 8-i səhər Artsax Müdafiə Nazirliyi (separatçı qurum - red.) bütün gecə boyunca Şuşanı əhatə edən cəbhə xətti boyu intensiv döyüşlərin getdiyini bildirdi. Ermənistan həmçinin üç Azərbaycan “BayraktarTB2” pilotsuz uçuş aparatını yerə endirdiyini və gün ərzində iyirmi zirehli texnika və dörd tankı məhv etdiyini iddia etdi.

9 Noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Şuşa üzərində qələbə və nəzarəti elan etdi, bu xəbər əvvəlcə Ermənistan tərəfindən təkzib edildi. Ancaq noyabrın 10-da Ermənistan baş naziri Nikol Paşinyan münaqişə əsnasında Azərbaycanın aldığı Dağlıq Qarabağın bütün bölgələrini - Şuşa da daxil olmaqla təslim olduğunu bildirən qərəzli bir sülh müqaviləsi imzaladı.

Şəhər müharibəsi dərsləri                             

2020-ci il Dağlıq Qarabağ müharibəsinin dərsləri hələ tam öyrənilməmişdir. Bu təhlil çoxsaylı xarici reportajların və xəbərlərin tərcümə edilməsini, sosial media elanlarının və video yazılarının təsdiqlənməsini və cəbhədən gələn qismən və bəzən ziddiyyətli hesabatlardan dəqiq bir məlumat toplanmasını tələb edir. Hərbi analitiklər, beynəlxalq əlaqələr üzrə mütəxəssislər və digər qruplar müharibənin özünəməxsus cəhətlərini - ən son dron və atəş dəstək platformaları ilə təchiz edilmiş modernləşdirilmiş Azərbaycan ordusunun hakimliyindən tutmuş, Rusiya, Türkiyə, İran və digərləri tərəfindən vəkalət müharibəsinin geosiyasi təcrübəsinə, müasir informasiya müharibəsi kampaniyalarında bir çox fərqli qruplara təsir etmək üçün sosial medianın istifadəsinə qədər məlumatları vurğulamağa başladılar.

Müharibə ayrıca diqqətə layiq olan böyük şəhər müharibəsi dərslərinə də diqqət çəkir. Bu dərslərə aşağıdakılar daxildir:

Müharibədə şəhərlər əməliyyat və strateji hədəf olaraq qalır. Şuşanın ələ keçirilməsi Azərbaycan üçün böyük bir strateji qələbə idi və nəticədə müharibənin nəticəsinə təsir göstərdi. Şuşa azad edildikdən sonra Ermənistan Azərbaycan qüvvələrinin ərazinin mərkəzi Xankəndini cəmi bir neçə kilometr məsafədən hədəfə ala biləcəyindən qorxaraq təslim olmaq məcburiyyətində qaldı.

Müharibədə şəhərlər həmişə əməliyyat və strateji hədəflər olub. Bunlar millətlər üçün siyasi və iqtisadi güc mərkəzləridir. Ticarət yolları boyunca başlayırlar, böyüyürlər və genişləndirirlər, əks halda manevr etmək çətin olan yerdən və ya limanların qlobal dəniz təchizatı xətlərini birləşdirdiyi sahil şəridlərindən keçirlər. Bir sözlə, çox vaxt əsas ərazilər üzərində qurulurlar və ən azı vacib rabitə xətlərinə nəzarət təklif edirlər. Şəhərlərin sayı, ölçüsü və mürəkkəbliyi böyüdükcə, bəziləri hərbi qüvvələrin sadəcə onlardan və qarşılaşdıqları unikal çətinliklərdən çəkinməli olduqlarını iddia edirlər. Şuşa bunun sadə bir seçim olmadığını göstərir. Bunlar qaçılmazdır və hərbçilər hər hansı bir müharibədə təsirli olmaq üçün bu ərazilərdə fəaliyyət göstərməyə hazırlaşmalıdırlar.

Həlledici şəhər ərazilərini ələ keçirmək və tutmaq üçün müasir, ortaq güc imkanlarının tam istifadəsi lazımdır. Hava nəzarəti, bombardıman, uzunmənzilli dəqiq zərbələr və PUA-lar müharibə üstünlüyünü təmin edir. Dağlıq Qarabağ müharibəsini qazanan yalnız hücum pilotsuz təyyarələri deyildi. Şəhər müharibəsi həm də yalnız piyada döyüşü deyil. Müharibənin həlledici əməliyyatı, Şuşanın fiziki olaraq ələ keçirilməsi, həm formalaşma, həm də həlledici əməliyyatlarda xüsusi əməliyyat qüvvələrini, atəşləri, zirehləri, mühəndisləri və piyadaları gücləndirən birləşmiş silah qabiliyyətlərini tələb etdi. Bu, xüsusilə binalararası döyüşlərdə şəhər ərazilərini təmizləmək üçün yanğınlar, mobil mühafizə olunan atəş gücü və piyada birləşmələrinin istifadəsi ilə aydın oldu. Sadə dillə desək, quru qüvvələrindən ərazini ələ keçirtmək və saxlamaq üçün bir çox başqa bacarıq tələb edilirdi.

Hərbçilər həm şəhər hücumlarına, həm də müdafiə əməliyyatlarına hazırlaşmalıdırlar. Həm 1992, həm də 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər göstərir ki, hərbçilər hərbi kampaniyalarda həlledici əraziləri, xüsusən də şəhərləri ələ keçirmək üçün hücum əməliyyatlarına qadir olmalıdırlar. Eyni şəkildə, ərazini ələ keçirən hər hansı bir ordunun da onu qoruya bilməsi vacibdir. 2020-ci ildə Şuşanı ələ keçirən Azərbaycan qüvvələri onu qətiyyətli erməni əks hücumlarından qoruya bilməsəydilər, əldə etdikləri üstünlükləri itirmiş olardılar.  Şəhər ərazilərin müdafiəsini dəstəkləyən hər hansı bir ölkənin və ya beynəlxalq təşkilatın köməyə gəlməsini gözləyən hərbçilər üçün də vaxt ala bilər. Şuşa uğrunda gedən hər iki döyüş göstərir ki, şəhər ərazisini müdafiə edərkən müdafiəçi geniş təsəvvür və müharibə oyunlarını da əhatə edən təbəqəli müdafiə planlarına sahib olmalıdır. Həm Azərbaycan (1992), həm də Ermənistan (2020) qüvvələri keçilməz olduqlarını düşünərək şəhəri əhatə edən qayalıqları mühafizəsiz qoydular.

Analitiklər və tədqiqatçılar 2020-ci il Dağlıq Qarabağ müharibəsini araşdırarkən, müharibənin gələcəyi üçün dəyərli və geniş fikirlər tapmağa davam edəcəklər. Qısa qarşıdurmanın müharibə xarakterindəki bir dəyişikliyə işarə edib etmədiyi bəlkə də hələ bəlli deyil. Ancaq xüsusilə bir şey mütləqdir: bu müharibə göstərir ki, hərbçilər hər zaman şəhərlər uğrunda döyüşməyə hazır olmalıdırlar".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR