1. MEDİA

VƏTƏNİM ÜÇÜN HƏR AN CANIMDAN, QANIMDAN KEÇMƏYƏ HAZIRAM - İQRAR DƏRƏLƏYƏZ

VƏTƏNİM ÜÇÜN HƏR AN CANIMDAN, QANIMDAN KEÇMƏYƏ HAZIRAM  - İQRAR DƏRƏLƏYƏZ

VƏTƏNİM ÜÇÜN HƏR AN CANIMDAN, QANIMDAN KEÇMƏYƏ HAZIRAM - İQRAR DƏRƏLƏYƏZ

Saytımız vətənpərvər iş adamı və istedadlı sənətçi İQRAR DƏRƏLƏYƏZ ilə apardığımız müsahibəni sizlərə təqdim edir:

Nəzərinizə çatdırırıq ki, tezliklə yayımlanacaq olan Ssenari müəllifi və Quruluşçu Rejissoru ELŞƏN İSMAYIL olan yeni milli-ideoloji klipdə ifaçı və aktyor olaraq iştirak edən İqrar Dərələyəz əslən Qərbi Azərbaycanın Dərələyəz mahalındandır.

Yaradıcı fəaliyyətiniz və ilk uğurunuz?

- Yaradıcılıq fəaliyyətim 2004-cü ildən, amma ilk uğurum Avrasiya marafonu 42 km 195 m 7000 yarışçının içində 133 cü yer.             

Həyatda dəyərli hesab etdikləriniz?

- Ata, Ana, Vətən, övlad ve insaniyyət.                                          

Həyat qayəniz?

- Vətənə, millətə ve sevdiklərimə yararlı olmaq.               

İnsanlığa, topluma aid fikirləriniz, sözünüz?

- İnsanlara sözüm: insanlığı əsla unutmasınlar, toplumu isə, daima bir yumruq kimi bir olmağa çağırıram.                            

Bu klip haqqında düşüncələriniz, klipin əsas ideyası?

- Tam olaraq içimizdən gəldiyi kimi, milli ruhla çalışmışıq. Elşen bəyin sayəsində düşünürəm ki, əla alınıb. Əsas ideya isə, Cənab Prezidentimiz İlham Əliyevin başçılığıyla davam edən böyük Vətən mübarizəsində əlimizdən gələn mənəvi dəstəyi bildirməkdir. Tanrı əsgərlərimizi qorusun, şəhidlərimizə rəhmət eləsin.                                                   

Yaradıcı komanda haqqında düşüncələriniz?

- Rejissorumuz Elşən İsmayıla və onun bacarığına inamım tamdır. Komandamızdakı hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Düşünürəm ki, uğurlarımız bundan sonra daha da çox olacaq. 

Vətən sevgisinin sizin üçün anlamı nədir, özünüz necə başa düşürsünüz bu qavramı?

- Vətən sevgisi mənim üçün hər an candan, qandan  keçmək və heç nədən asılı olmayaraq daima vətən üçün çalışmaq.                                         

Yaradıcılıq planlarınız?

- Planlarım - həm musiqi, həm də kino sahəsində uğurlu addımlar atmaq.                                                 

İzləyicilərə sözləriniz?

- Sonda izləyicilərə təşəkkürümü bildirirəm ve mənə bu layihədə dəstək olan hər kəsə çox sağ olun deyirəm! Hər şey Vətən üçün! Qarabağ Azərbaycandır!

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR