1. BİOQRAFİYA

Xəstə Qasım

Xəstə Qasım

Xəstə Qasım - Azərbaycan aşığı

Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.

Rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb.

"Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır.

Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir.

Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş.

"Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir. Bu fikirlər arasında haqq aşığının özünü eşq xəstəsi adlandırması gümanı da var. Çünki Xəstə Qasım gənc yaşlarından təsəvvüf dairəsinə daxil olmuş, ali həqiqət axtarışına çıxmışdır.

Xəstə Qasımın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. O, klassik şeir janrlarında - qəzəl, qəsidə, məsnəvi yazmaqla yanaşı, ilk dəfə aşıq ədəbiyyatında "döşləmə" şeir növünün əsasını qoymuş, qoşma-müstəzad, aşıq yaradıcılığında bugünədək məlum olan ilk dodaqdəyməz nümunəsini də elə o yaratmışdır.

Bunlardan əlavə, Xəstə Qasım həm də "əvvəl-axır" deyilən şeir-sənət nümunəsini ilk dəfə bir gəraylısında işlətmişdir.

Ay ariflər, bir tərlanım uçubdur,
Sağ əlimdən sol əlimə alınca.
Onu tutan xeyrü-bəhrin görməsin,
Mən yazığın naləsi var dalınca.
 

Ancaq aşıq ədəbiyyatında Xəstə Qasım daha çox öz ustadnamələri ilə məşhurdur.

Ömrünün çoxunu qürbətdə keçirdiyindən Xəstə Qasımın yaradıcılığında Vətən həsrətli şeirlərinin də xüsusi yeri var.

Xəstə Qasımın adı ilə bağlı "Xəstə Qasımın Dərbənd səfəri", "Xəstə Qasımın Urmiyə səfəri", "Xəstə Qasımın Dağıstan səfəri" dastanları günümüzə qədər gəlib çatmasa da, "Əliyar və Məsum", "Camal ilə Abdulla" (Azərbaycanda yayılmış "Cahan ilə Abdulla"), "Xəstə Qasım və Mələksima" dastanlarının onun tərəfindən yaradıldığı söylənilir.

 

Qoşmaları

Al indi

Ay ariflər

Aşnalığı

Bir ola

Beşi nə

Deyərlər 

Dəli könül, məndən sənə əmanət

Divanəsidi

Eylər-eylər 

Əli 

Əlimdə

Əhsənül xaliq

Getdi 

Gəlirsən 

Gizlənər

Gülü məndən alınca

Ha mayıl oldu

İndi 

İnsan 

Kəkliklər

Xəbər ver 

Qalıbdı 

Qal indi 

Qurbanı

Mənə 

Məni 

Naməni

Necola

Nə seçsin müştəhid, nə bilsin alim

Lam-ləng ola

Ola

Olmaz 

Olsun 

Oxurdu

Saz ola

Sevdiyim 

Sən nəsən

Sənəm, gəl 

Şeyfullahını

Var 

Var (Xiafət mülkünün şahənşahəni)

Yaxşıdı

Yaxşıdır 

Tər gülər Sənəm

Dördü bir-biriynən eylər ixtilat

 

Gəraylıları

Başına dolandığım

Çıxarır

Dünya

Düşdü

Eylərsən

Eylərlər

Əlindədi

Gəldi

Gördüm 

Gördüm

Kimdi

Kimi

Yoxdu 

 

Təcnisləri

Ahular məni

Bilər

Çaphaçap

Həmayıl oldu

Sənəm al 

Yayı nur

Yayılan məni

 

Cığalı təcnisləri

Ay hayıf-hayıf

Görüncə

Üzhaüz 

 

Divaniləri

Bax 

Mən 

Mənim 

Üç 

Ümmanı var 

Yavaş-yavaş 

 

Deyişmələri

Ləzgi Əhmədlə Xəstə Qasımın birinci deyişməsi

Ləzgi Əhmədlə Xəstə Qasımın ikinci deyişməsi

Ləzgi Əhmədlə Xəstə Qasımın üçüncü deyişməsi

Ləzgi Əhmədlə Xəstə Qasımın dördüncü deyişməsi

 

Dastan

Xəstə Qasımın Dağıstan səfəri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR