Slimfit
  1. MEDİA

Yüksək Texnologiyalar Parkı ilə STEPİ arasında icra edilən layihə çərçivəsində növbəti onlayn mühazirə dinlənilib

Yüksək Texnologiyalar Parkı ilə  STEPİ arasında icra edilən layihə çərçivəsində növbəti onlayn mühazirə dinlənilib
Sakura

1 avqust 2022- cil tarixində Yüksək Texnologiyalar Parkı ilə  STEPİ arasında icra edilən layihə çərçivəsində növbəti onlayn mühazirə dinlənilib. 

Gwangju Elm və Texnologiya İnstitutunun (GIST) professoru Lak-Kyoung Sonqun təqdimatında “Universitet və Laboratoriya Startapı (İnkubasiya)” adlı mühazirə Koreya Univesitetlərində startup prosesləri, o cümlədən texnologiyaları kommersiyalaşdırılması, əqli mülkiyyət məsələləri və bu sahədə aktual olan digər mövzulara həsr edilib.  

Qeyd edək ki, professor Lak-Kyoung Sonq 2005-2008-ci illərdə Daedeok Innopolis Fondunun (www.ddinnopolis.or.kr) icraçı direktoru olmuş və burada tədqiqat və inkişaf laboratoriyasının startup proqramı və İnnopolis Yüksək Texnologiyalar Fondu kimi texnoloji kommersiya infrastrukturu yaratmışdır. O, 2009-cu ildən başlayaraq 12 il ərzində Koreyanın ən məşhur elmi mərkəzi olan  KAIST-də (Korea Advanced Institute of Science & Technology) sahibkarlıq fəaliyyəti göstərən professor kimi çalışmışdır. 

Mühazirə zamanı Koreyadakı startup proqramlarından bəhs edilib, iştirakçıların sualları cavablandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.